Dünya
Amerikalı ekspert: “Vaşinqtonun siyasəti razılaşmanı qeyri-mümkün edir”

Vaşinqtonun Tehranla bağlı siyasəti müəyyən olunmuş vaxta kimi İranın nüvə proqramı üzrə hərtərəfli razılaşmanın imzalanmasını qeyri-mümkün edir.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Müdafiə Universitetinin iqtisadiyyat və energetika təhlükəsizliyi sahəsində ekspert, professor Pol Sallivan bildrib.
“Mənim qiymətləndirmələrimə görə, 24 noyabr tarixinə kimi razılaşmanın imzalanması şansları kifayət qədər azdır. Hər şeydən əvvəl ona görə ki, Birləşmiş Ştatların siyasəti bu cür razılaşmanın əldə olunmasına mane olur. Danışıqların müddəti xeyli uzana bilər. Buna illər sərf oluna bilər. Dəqiq olan budur ki, son razılıq ortamüddətli perspektivində mümkün olmayacaq", - deyə ekspert vurğulayıb.
Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb.
Ömər Dağlı

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı