Dünya
Burkina-Fasoda hərbi çevriliş olub
Burkina-Fasoda hərbi çevriliş həyata keçirilib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahından prezident Blez Kompaorenin daha dövlət başçısının funksiyalarını icra etmədiyi açıqlaması verilib.
Burkina-Fasonun paytaxtı Uaqaduquda kütləvi nümayişlər oktyabrın 28-də başlayıb. On minlərlə insan Kompaorenin prezident müddətinin uzadılmasına qarşı etiraz edir. Toqquşmalarda 30-a qədər insanın öldüyü xəbər verilir.
Blez Kompaore dünən hökumətin buraxıldığını elan etmişdi. Dövlət başçısı həmçinin ölkədə kütləvi nümayişlər keçirildiyi üçün fövqəladə vəziyyət tətbiq etmişdi.
B.Kompaore vətəndaşları nümayişləri dayandırmağa və dialoqa başlamağa çağırıb: “Mən dəyişikliklərə şərait yaratmaq üçün hökuməti buraxıram. Mən etirazlara son qoymaq üçün siyasi müxalifətin liderlərini dialoqa çağırıram. Böhrana son qoymaq üçün nümayişlərin bütün iştirakçıları ilə danışıqlara başlayacağıma söz verirəm”.
Nümayişçilər dünən həmçinin parlament binasını nəzarət alıb və bütün sənədləri məhv edərək kompüterləri oğurlayıblar. Həmçinin televiziya binasını ələ keçirən etirazçılar yayımı dayandırıblar.
Xatırladaq ki, Kompaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO