Dünya
Almaniya rəsmən elan etdi: Bizə hücum edilsə...
“Almaniya ordusu getdikcə zəifləyib. Ölkə mümkün hücumda kifayət qədər müdafiəsizdir”.
Publika.az xəbər verir ki, bunu Almaniyanın Baş Qərargah rəisi Karsten Breuer deyib.
Breuer Almaniya Silahlı Qüvvələrinin döyüşə hazır olması üçün yenidən quruluşa və silahlara ehtiyacı olduğunu bildirib: “Bu sual olduqca tez-tez soruşulur, icazə verin, belə deyim. İndi hücuma məruz qalsaydıq, özümüzü müdafiə edə bilərdik? Bəli, edə bilərdik. Amma biz bunu mükəmməl şəkildə edə bilərdikmi? Xeyr, edə bilməzdik”.
O qeyd edib ki, Almaniyanı müdafiə etmək üçün güclü potensiala malikdirlər, lakin çox yaxşı müdafiə etmək iqtidarında deyillər: “Yəqin ki, ordunu bərpa etmək iki və ya üç ilə başa gələcək, hər halda bu müddət beş və ya səkkiz ildən az olacaq”.
Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya müdafiə xərclərini xeyli artırmaq qərarına gəlib. Qabaqcıl silah sistemlərinin alınması və ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaradılıb. Hökumət ABŞ istehsalı olan F-35 döyüş təyyarələrinin, “Chinook” nəqliyyat helikopterlərinin və İsrail istehsalı olan “Arrow-3” raketdən müdafiə sisteminin alınması üçün müqavilələr imzalayıb.
Roza Şəfiyeva
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"






















.jpg)








