Dənizin dibində “İsveç Atlantidası” aşkar edildi
Bizi izləyin

Dünya

Dənizin dibində “İsveç Atlantidası” aşkar edildi

Arxeoloqlar Baltik dənizinin dibində “İsveç Atlantidası”-nı aşkar etdilər

Dalğıclar Baltik dənizinin dibində daş dövrünə məxsus çox nadir məişət əşyaları aşkarlayıblar. Arxeoloqlar bu əşyaların 11 min il bundan əvvəl yaşamış köçərilərə məxsus olmasını güman edir.

Bu tapıntılar müasir elmə məlum olan qədim skandiv tayfalarının burada yaşayışını sübuta yetirir. Onlar bunu “İsveç Atlantidası” adlandırırlar.

Publika.az Isveç qəzetinə istinadən xəbər verir ki, Sodertorn univesitetindən olan professorun başçılığı altında bu layihə 3 il davam edib və 16 metr dərinliyiə kimi axtarışlar aparılıb.

Tapılmış əşyalar oksigen azlığı və orqanik çöküntülərin sayəsində öz keyfiyyətini saxlayıb. Tapılmış əşyalar içərisində daş alətlər, heyvan buynuzları kəndirlər və dəniz heyvanlarının ovlanması üçün nizələr tapılıb.

Tapıntılar sübut edir ki, 11 min il bundan əvvəl burada tikinti işləri aparılıb.

Alimlər ərazidən insan sümüklərinə də rast gələcəklərinə inanırlar.

Professor 11 min il bundan əvvəl insanların köçəri həyat tərzi keçirdiyindən Baltik dənizi sahilləri onların növbəti dayanacaq yerlərindən biri olması ehtimalını da irəli sürür.

Bununla yanaşı, qeyd edir ki, əşyaların yaxşı vəziyyətdə tapılması arxeologiya elmi üçün böyük uğurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm