Məscidi sökdülər, münaqişə başladı: yüzlərlə yaralı var
Bizi izləyin

Dünya

Məscidi sökdülər, münaqişə başladı: yüzlərlə yaralı var

Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi ilə başlayan şiddətli qarşıdurmalardan sonra qeyri-müəyyən komendant saatına qərar verilib.

Publika.az xəbər verir ki, şəhərdə qərara əməl edilmədiyi təqdirdə polisə atış əmri verilib.

Bundan əlavə, internet xidmətləri dayandırılıb və məktəblər bağlanıb. Söküntü üçün gedən səlahiyyətlilər və polis qərara reaksiya verən minlərlə etirazçı ilə qarşılaşıb.

Polis silah və gözyaşardıcı qazla müdaxilə edərkən etirazçılar polis bölməsinə molotov kokteyli və daş atıb, bəzi avtomobilləri də yandırıblar.

Qarşıdurmalarda 2 nəfər ölüb, 150-dən çox polis əməkdaşı yaralanıb. Çox sayda insan xəstəxanaya yerləşdirilib.

Ştat polisinin baş direktoru Abhinav Kumar şəhərdə vəziyyətin gərgin olduğunu, lakin hadisələrin nəzarət altına alındığını bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm