Dünya onun ölümündən danışır: Putin öz xalqının müxalifətindən başqa heç nədən qorxmur
Bizi izləyin

Dünya

Dünya onun ölümündən danışır: Putin öz xalqının müxalifətindən başqa heç nədən qorxmur

Dünya onun ölümündən danışır: Putin öz xalqının müxalifətindən başqa heç nədən qorxmur

Avropa ölkələri, Avropa İttifaqı (Aİ) və NATO rusiyalı müxalifətçi Aleksey Navalninin həbsxanada ölümünə reaksiya verib və bununla bağlı araşdırma aparılmasını istəyib.

Pubhlika.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel “X” hesabında verdiyi açıqlamada Navalnının "azadlıq və demokratiya dəyərləri uğrunda mübarizə apardığını və idealları uğrunda ən böyük fədakarlığı göstərdiyini" bildirib. Mişel vurğulayıb ki, Navalnının ölümünə görə yalnız Rusiya rejimi məsuliyyət daşıyır.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Rusiya prezidenti Vladimir Putin öz xalqının müxalifətindən başqa heç nədən qorxmur. Navalnının ölümü Putin və onun rejiminin necə vəhşi olduğunu xatırladır".

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "Daha çox məlumat gözləyirik. Gəlin, bunun yeganə məsuliyyətinin Putinin üzərində olduğunu açıqlayaq" deyib.

Niderlandın müvəqqəti hökumətinin baş naziri Mark Rutte Navalninin demokratik dəyərlər naminə və korrupsiyaya qarşı mübarizə apardığını ifadə edib:

“O, ən ağır cəza altında saxlanılarkən verdiyi mübarizənin bədəlini ölümlə ödədi. Bu, Rusiya rejiminin görünməmiş vəhşiliyindən xəbər verir. O, ailəsini, yaxınlarını sevirdi. Onunla birlikdə Rusiyada dəyişiklik uğrunda mübarizə aparanların hamısına güc diləyirəm”.

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares, "Navalnının ölümü bizi dərindən sarsıtdı. Onun ölüm şəraitinin aydınlaşdırılmasını tələb edirik" deyib.

Britaniyanın baş naziri Rişi Sunak “X” hesabında Navalnının ölüm xəbərini paylaşaraq, "Bu, dəhşətli xəbərdir. Rusiya demokratiyasının ən ehtiraslı müdafiəçisi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət göstərdi" yazıb.

NATO-nun baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransı zamanı aldığı xəbərdən çox kədərləndiyini bölüşüb və NATO müttəfiqlərinin illərdir Navalnının azad olunmasını tələb etdiyini xatırladıb.

Stoltenberq, "Hazırda təfərrüatlı məlumatımız yoxdur. Bütün faktlar üzə çıxmalıdır və Rusiyanın cavab verməli çox vacib sualları var" deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm