Dünya
Putin Ukrayna ilə bağlı bu məsələyə gizlin şəkildə razılıq verib - Sensasion iddia
Rusiya Prezidenti Vladimir Putin müharibə bitdikdən sonra Ukraynanın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulanlara bənzər şəkildə ABŞ və Avropadan təhlükəsizlik zəmanəti ala biləcəyinə gizli şəkildə razılıq verib.
Publika.az xəbər verir ki, “The Washington Post” qəzetinin danışıqlara yaxın mənbəyə istinadən verdiyi məlumata görə, indiyə qədər Rusiyanın əsas şərti NATO qoşunlarının Ukrayna ərazisində olmamasıdır.
Nəşr qeyd edir ki, bu şərtdən imtina etmək müqabilində Rusiya sanksiyaların aradan qaldırılmasına nail ola bilər.
Lakin medianın məlumatına görə, Moskva yeni bir işğal üçün qoşun toplamağa başlasa, məhdudiyyətlər bərpa olunacaq.
Ukraynanın Avropa gələcəyi mərkəzi məsələ olaraq qalır. Putin 2022-ci ildə Ukraynanın Avropaya yaxınlaşmasının qarşısını almaq üçün tammiqyaslı işğala başladı, lakin danışıqlar aparanlar onun bu məqsədə çata bilmədiyinə inanırlar. Kuşner Ukraynanın Aİ üzvlüyü perspektivlərinin müzakirəsində "əhəmiyyətli irəliləyiş" olduğunu bildirib.
Avropa rəsmiləri Ukraynanın üzvlüyünü irəli aparmaq üçün xüsusi mexanizm yaratmağı düşündüklərini təsdiqləyiblər, baxmayaraq ki, bu proses on ilə qədər çəkə bilər.
Digər əsas məsələ ərazi məsələsi olaraq qalır. WP-nin məlumatına görə, Putin ən şiddətli döyüşlərin getdiyi bütün Donbasın Rusiyaya təhvil verilməsini tələb edir.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının ələ keçirə bilmədiyi əraziləri geri qaytarmaqdan imtina edir.
Nəşrin məlumatına görə, Kuşner Putinin Ukraynanın NATO-ya daxil olmasına razılıq verməsi üçün bir həll yolu tapmağa çalışır.
Zelenskinin sözlərinə görə, Amerika tərəfi bu məsələni ilk dəfə ötən həftə qaldırıb. O, razılaşmaya təhlükəsizlik zəmanətləri, ölkənin yenidən qurulması üçün maliyyələşdirmə və gələcək Ukrayna ordusu üçün əsgər sayına limit qoyulmayacağı təqdirdə, mümkün güzəştlə bağlı referenduma hazır olduğunu bildirib.
Müəllif: Tural
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər







.jpg)

.jpg)

.jpg)



















