“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
Bizi izləyin

Dünya

“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı

“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı

“Nvidia” şirkətinin Direktorlar Şurası Censen Huanqın prezident və baş direktor vəzifələrinə qaytarılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, qərar noyabrın 23-də açıqlanıb və dərhal qüvvəyə minib. Direktorlar Şurası Huanqın yenidən vəzifəyə təyin edilməsini yekdilliklə dəstəkləyib.

Şirkətin məlumatına görə, qərardan əvvəl Huanqla bir sıra müzakirələr və görüşlər keçirilib. Qərar qəbul edilərkən ABŞ hökumətinin yüksək səviyyəli nümayəndələrinin də mövqeyi nəzərə alınıb. Şirkət Huanqın vəzifəyə qayıtmasının milli təhlükəsizlik baxımından risk yaratmadığını vurğulayıb.

Xatırladaq ki, Huanq noyabrın 12-də şəxsi münasibətləri ilə bağlı yayılan məlumatlardan sonra vəzifəsindən istefa verib. Mətbuatda onun ABŞ kəşfiyyatının Çinlə əlaqələri olduğundan şübhələndiyi bir qadınla münasibət yaşadığı barədə məlumatlar yer alıb. “Nvidia” məsələ ilə bağlı daxili araşdırma aparacağını və dövlət qurumları ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm