Dünya
Polislərlə fermerlər arasında insident - Ölənlər var
![](https://publika.az/storage/2024/02/21/hindistan-polisi.jpg?v1722040972)
Paytaxt Yeni-Dehlidə yürüş iştirakçısının ölümündən sonra genişmiqyaslı etiraz aksiyasında iştirak edən hindistanlı fermerlər daha iki günlük fasilə verəcəklər.
Publika.az xəbər verir ki, bunu etirazçıların liderlərindən biri Sarvan Sinqh Pandher deyib.
Hindistanlı fermerlər bir həftə yarım əvvəl başlayan etirazlarını bərpa ediblər. Fevralın 13-də təhlükəsizlik qüvvələri etirazçıların Dehliyə traktor yürüşünə mane olub. Yürüş Hindistan paytaxtından 200 kilometr məsafədəki Haryana və Pəncab əyalətlərinin sərhədində dayandırılıb. Polis yollarda quraşdırılan maneələri və infrastrukturu dağıdan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Xanauri kəndində etirazçılarla polis arasında baş verən qarşıdurma nəticəsində bir fermer həlak olub. Ölənlərin ümumi sayı isə altı nəfərə çatıb, yüzlərlə etirazçı yaralanıb.
Pandher mətbuat konfransında deyib: “Biz Xanauri kəndində baş verən insidenti müzakirə edəcəyik. Dehliyə yürüşdə iki günlük fasilə elan olunacaq. Bundan sonra hansı addımın atılacağına daha sonra qərar verəcəyik”.
Qeyd edək ki, Hindistanın Pəncab, Haryana və Uttar-Pradeş ştatlarında fermerlər hökumətdən gələcək məhsul üçün onlara minimum qiymət zəmanəti verəcək qanunun qəbulunu tələb edirlər. Bundan başqa, etirazçılar onlara pensiya verilməsini, təsərrüfatların borcdan azad edilməsini, Hindistanın Ümumdünya Ticarət Təşkilatından çıxmasını və bütün azad ticarət müqavilələrinin dondurulmasını istəyirlər.(report.az)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO