ABŞ-da aviasiya sistemində növbəti nasazlıq: Minlərlə reys gecikdi və ya ləğv edildi
Bizi izləyin

ABŞ

ABŞ-da aviasiya sistemində növbəti nasazlıq: Minlərlə reys gecikdi və ya ləğv edildi

ABŞ-da aviasiya sistemində növbəti nasazlıq: Minlərlə reys gecikdi və ya ləğv edildi

ABŞ-da “Delta Air Lines” aviaşirkətinin avtomatlaşdırılmış sistemində yaranan nasazlıq ölkə üzrə hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

Publika.az xəbər verir ki, “FlightAware” portalının məlumatına görə, son 24 saat ərzində ABŞ-da 5 700-dən çox uçuş gecikib, daha 242 reys isə ləğv olunub.

“The New York Post” qəzetinin yazdığına görə, problem “Delta Air Lines” şirkətinin Atlanta hava limanındakı elektron sistemində yaranıb. Nasazlıq təyyarələrin çəkisinin və yük balansının hesablanmasına cavabdeh olan avtomatlaşdırılmış sistemin fəaliyyətini pozub. Nəticədə aviaşirkətin yüzlərlə reysinin qrafikində dəyişiklik yaranıb. Əməkdaşlar uçuşların təhlükəsizliyini təmin etmək üçün hesablamaları müvəqqəti olaraq əl ilə aparıblar.

Qeyd edək ki, ABŞ-da bir neçə gün əvvəl də aviasiya sistemində ciddi nasazlıq yaşanıb. Noyabrın 13-də Federal Aviasiya Administrasiyasının (FAA) telekommunikasiya şəbəkəsində yaranan problem səbəbindən ölkə üzrə təyyarələrin qalxması müvəqqəti dayandırılıb. Təxminən 4 saat 45 dəqiqə davam edən məhdudiyyət nəticəsində həmin gün 12 mindən çox reys ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm