Qərbdə Rusiyanı məğlub etmək üçün yeni üsul tapdılar: 1442 milyarder...
Bizi izləyin

Dünya

Qərbdə Rusiyanı məğlub etmək üçün yeni üsul tapdılar: 1442 milyarder...

Qərbdə hesab edirlər ki, milyarderlər Ukraynaya maddi dəstək verə bilərlər, lakin onlar buna tələsmirlər.

Publika.az xəbər verir ki, bu barədə “Lidovki”nin müxbiri İştvan Leko yazıb. O, aydınlaşdırıb ki, bu yolla Rusiyanı “qorxutmaq” mümkün olacaq. Jurnalist xatırladıb ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Amerikanın Kiyevə yardım üçün 70 milyard dollar, Avropanın isə 110 milyard dollardan çox pul xərclədiyini qeyd edib.

“Bu məbləğ, borcu ÜDM-in 100%-nə çatan ölkələr tərəfindən yığılıb. Beləliklə, bu dövlətlər Ukrayna münaqişəsi səbəbindən borclarını artırır və yoxsullaşır”, - Leko qeyd edib.

Onun sözlərinə görə, hazırda Qərb ölkələrində 1442 milyarder yaşayır. Onlar iddia edirlər ki, Rusiya Federasiyası Ukraynanın, Avropa İttifaqının varlığını və “bütün Qərb ölkələrində demokratiya azadlığını” təhdid edir.

Leko, nəsli kəsilməkdə olan bu zəngin insanların Kiyev rejiminə kömək etməkdə iştirak etməyə tələsmədiklərindən qəzəblənib. Əgər bu milyarderlərin hər biri Ukraynaya ildə 100 milyon dollar köçürsəydi, o zaman Kiyev özünü lazımi miqdarda sursat və silahla təmin edə bilərdi.

“Belə olan halda Rusiya Federasiyası Qərb ölkələrinin iqtisadi gücündən qorxardı”, - jurnalist vurğulayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm