Nida Xəbər
FHN Masallıda tədbir keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Masallı “ASAN xidmət” mərkəzində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktiki tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirə FHN-in aidiyyəti qurumlarının, Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Masallı rayon Polis Şöbəsinin və Masallı “ASAN xidmət” mərkəzinin qüvvə və vasitələri cəlb olunub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir zamanı iştirakçılara yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan xilasetmə avadanlıqlarından və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə olmaqla işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
-
Nida Xəbər 16:04
Vilayət Eyvazov əmr imzaladı
-
İqtisadi gündəm14:46
Sənədsiz evi olanlara ŞAD XƏBƏR - Bu tarixdən “kupça” veriləcək
-
Magazin114:18
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - Sağalsa da...
-
MDB13:35
Bu milyarderlərin sərvətləri təhlükədə: təcili hərəkətə keçdilər
-
Art13:17
Bu məşhurlara Prezident mükafatı veriləcək - Sərəncam
-
Cənubi Qafqaz12:38
Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"
-
Rəsmi xronika11:24
İlham Əliyev sərəncam imzaladı
-
Cənubi Qafqaz10:30
Paşinyan hücum tapşırığı verdi: bu gün İrəvanda qırğın olacaq