Dünya
Kremldən separatçılara ağır zərbə: “Seçkilərin nəticələrini tanımırıq”
Moskva Ukraynanın şərqindəki Luqansk və Donetsk “xalq respublikaları”nda noyabrın 2-də keçirilən “seçkiləri” tanımır.
Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Eyni zamanda, Putinin köməkçisi Kremlin “seçkilər”ə hörmətlə yanaşdığını deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi də bəyanat verərək “seçkilər”ə məhz “hörmət" etdiyini açıqlayıb. Amma seçkilərdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Luqansk və Donetskdə keçiriləcək seçkiləri tanıyacağını bildirmişdi. O, bu seçkilərin Minsk razılığının əsas şərtlərindən olduğunu deyib: ”Luqansk və Donetsk Xalq Respublikaları”nda noyabrın 2-də keçiriləcək seçkilər hökumətin legitimləşməsi nöqteyi-nəzərindən vacib addımdır. Bu, Minsk razılığının əsas istiqamətlərindən hesab edilir”.
Ukrayna prezidentinin köməkçisi Oleq Medvedev isə Lavrovun açıqlamasından dərhal sonra ifadə edib ki, bəyanatlara baxmayaraq, Rusiyanın separatçıların keçirdiyi “seçkilər”i tanımağa cəsarət etməyəcək.
Dünən isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov V.Putinin “Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” Aleksandr Zaxarçenko və “Luqansk Xalq Respublikası”nın “dövlət başçısı” İqor Plotnitski ilə görüşmək niyyətində olmadığını söyləyib.
“Donets Xalq Respublikası”nın "xalq parlamenti” isə birinci iclasına keçirməyə hazırlaşır. İlk iclas noyabrın 10-da keçiriləcəyi bildirilir.
Ömər Dağlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO