NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
Bizi izləyin

Dünya

NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər

NATO-nun Şərqi Avropa və Qara dənizdəki fəaliyyəti alyans üzvlərinin Rusiya ilə müharibəyə hazırlaşmaqda fəallığının göstəricisidir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Rumıniya hava bazasının genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun hərbiləşdirilməsini davam etdirdiyinə bir daha sübutdur”, - məlumatda deyilir.

Agentliyin həmsöhbəti qeyd edib ki, Polşa və Baltikyanı ölkələrdə də “koalisiya potensialının məcburi gücləndirilməsi” müşahidə olunur: "Bütün bunlar blokun müttəfiqlərini ölkəmizlə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm