Ağ Ev açıqladı: İsrail geri addım atdı, görüşün vaxtı dəyişdirildi
Bizi izləyin

Dünya

Ağ Ev açıqladı: İsrail geri addım atdı, görüşün vaxtı dəyişdirildi

BMT-nin səsverməsindən sonra ABŞ-a qarşı çıxan İsrail geri addım atıb.

Publika.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre ləğv edilmiş Rifah toplantısının başqa vaxta keçiriləcəyini açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin Rəfah planını dayandırmaq üçün səylər davam edir.

Karine Jean-Pierre dünən keçirdiyi brifinqdə İsrailin müdafiə naziri Yaov Qallantın Vaşinqtona səfərinə toxunaraq "Son 2 gündə apardığımız danışıqlar konstruktiv keçdi" deyib.

Jean-Pierre İsrailin hücum planları hazırladığı Qəzza zolağının cənubundakı Rəfahın müzakirə mövzularından biri olduğunu bildirib :

“İsrail Baş Nazirlik ofisi Rəfahla bağlı görüşün başqa vaxta keçirilməsinə razılıq verdi. İndi hər iki tərəfə uyğun olan tarixi müəyyən etmək üçün onlarla işləyirik. Tarixi təyin etdikdə, təbii ki, onu sizinlə paylaşacağıq”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm