Hindistan dünyada birinci yeri tutdu
Bizi izləyin

Dünya

Hindistan dünyada birinci yeri tutdu

Hindistan əhalisinin sayına görə dünyada liderlik edir. Hazırda ölkənin sakinləri 1,442 milyard nəfər təşkil edir.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatında qeyd edilib.

Məlumata görə, Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26%-i 10-24 yaş arasındadır, gözlənilən ömür uzunluğu 2023-cü ildə doğulan kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm