Türkiyə ilə siyasətimiz bu cür olacaq - Mişel
Bizi izləyin

Dünya

Türkiyə ilə siyasətimiz bu cür olacaq - Mişel

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Türkiyəyə qarşı siyasətini üzbəüz, mütənasib və geri çevrilə bilən münasibətlər üzərində qurmağa davam edəcəklərini bildirib.

Publika.az xəbər verir ki, Mişel ötən ilin iyunun 24-25-də keçirilən Aİ Liderlərinin Zirvə Toplantısının yekunları ilə bağlı Avropa Parlamentində keçirilən sessiyada parlament üzvləri qarşısında çıxış edib.

Sammitdə COVID-19, miqrasiyanın xarici əlaqələr aspekti, iqtisadi dirçəliş, fundamental hüquqlar və qanunun aliliyi məsələlərinin müzakirə edildiyini bildirən Aİ Şurasının sədri, Şərqi Aralıq dənizində gərginliyin azalmasının yaxşı əlamət olduğunu bildirib.

Gömrük İttifaqının yenilənməsi üçün işlərə başlanıldığını xatırladan Mişel, Aİ Komissiyasının Türkiyənin ev sahibliyi etdiyi suriyalılar üçün əlavə maliyyə ayırmağa razılaşdığını da xatırladıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm