İsraillə bu ərəb ölkəsi arasında "meqa razılaşma" - ABŞ-ın Yaxın Şərq planı nədir?
Bizi izləyin

Dünya

İsraillə bu ərəb ölkəsi arasında "meqa razılaşma" - ABŞ-ın Yaxın Şərq planı nədir?

ABŞ aprelin 13-nə keçən gecə İsraili İranın hücumlarından qoruyan çoxmillətli ittifaqa əsaslanaraq, Yaxın Şərqdə İsrailin xeyrinə yeni təhlükəsizlik arxitekturasının meydana çıxacağını proqnozlaşdırır. Buna uyğun olaraq, məqsəd İsrail dostu ərəb dünyası ilə İrana qarşı gücləndirməkdir.

Publika.az xəbər verir ki, İsraili qorumaq üçün kiçik bir koalisiyanı bir araya gətirən Co Bayden administrasiyası İordaniya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Böyük Britaniyanın da dəstəyini almağa nail olub.

Amerika yəhudi icmasına danışan Ağ Evin Yaxın Şərq koordinatoru Brett Makqurk yeni Yaxın Şərq təhlükəsizlik arxitekturasının ortaya çıxdığını görəcəklərini iddia edib.

Ötən ildən bəri Vaşinqton İsrail və Səudiyyə Ərəbistanı arasında “meqa razılaşma” üzərində işləyir. Bildirilir ki, Səudiyyə Ərəbistanına İsrailin diplomatik tanınması müqabilində yeni silah müqavilələri, mülki nüvə proqramları və müstəqil Fələstin dövləti üçün həll prosesi təklif edilib. Bayden administrasiyası ümid edir ki, bu meqa-sövdələşmə təkcə regional sabitliyi dəstəkləməyəcək, həm də İsrail regionda rahatlaşdıqca, İranın artan təsirinə qarşı tarazlıq rolunu oynayacaq.

Amerika mətbuatına danışan ABŞ rəsmiləri bildiriblər ki, Bayden administrasiyası İsraillə tank sursatları, hərbi maşınlar və minaatanlar da daxil olmaqla, dəyəri 1 milyard dollardan çox olan yeni silah müqaviləsini nəzərdən keçirir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm