Dünya
İranda daha bir həyəcan: Əhaliyə "timsahlar gəlir" xəbərdarlığı edildi
BƏƏ və Omandan sonra fırtına İranı da vurub. İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib.
Publika.az xəbər verir ki, İranın yarı-rəsmi xəbər agentliyi “Mehr”-in məlumatına görə, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsir edib.
“İRNA” rəsmi xəbər agentliyinə danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin rəhbəri Məcid Muhibbi sel zamanı biri azyaşlı olmaqla 8 nəfərin öldüyünü açıqlayıb.
Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatının yayımladığı bəyanatda timsahların sel nəticəsində şəhərlərə enə biləcəyi barədə xəbərdarlıq edilib. Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərə və vəhşi təbiətə yaxın yerlərə səyahət etməmələri xahiş olunub.
Roza Şəfiyeva
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto