Təsdiqləndi: Türkiyə NATO baş katibi postuna onun namizədliyini dəstəklədi
Bizi izləyin

Dünya

Təsdiqləndi: Türkiyə NATO baş katibi postuna onun namizədliyini dəstəklədi

Türkiyə Niderland hökumətinin hazırkı rəhbəri Mark Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib.

Publika.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası (NOS) alyansdakı mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə NATO-nun baş katibi postuna Mark Ruttenin namizədliyini dəstəkləyib”, - məlumatda deyilir.

Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün aprelin 26-da İstanbula səfər edib. Türkiyə hələ Rutteyə dəstək ifadə etməyən son dörd NATO ölkəsindən biri idi.

NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi, lakin 2022-ci ilin martında alyans ölkələrinin liderləri Ukrayna ətrafında baş verən hadisələr fonunda onun mandatını 30 sentyabr 2023-cü ilə qədər uzatmaq qərarına gəliblər. İyul ayında o, daha bir il, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını açıqlamışdı.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm