2 tonluq bomba tapıldı: Minlərlə insan təxliyə edildi
Bizi izləyin

Dünya

2 tonluq bomba tapıldı: Minlərlə insan təxliyə edildi

İtaliyanın Viterbo şəhərində qazıntı zamanı tapılan İkinci Dünya Müharibəsindən qalma bombanın daşınması üçün şəhərdəki məktəblər bağlanıb, 36 min insan başqa bölgələrə təxliyə edilib.

Publika.az xəbər verir ki, martın 20-də şəhərdə bina tikintisi zamanı tapılan İngiltərə istehsalı olan 2 tonluq bombanın daşınması üçün hərtərəfli iş aparılıb.

Viterbo şəhərində bombanın yerləşdiyi məhəllə qırmızı zona elan edilib. Onun daşınmaq üçün təhlükəsiz vəziyyətə gətiriləcəyi, daha sonra isə məhv etmək üçün hərbi obyektə aparılacağı bildirilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm