Fələstini tanımağı planlaşdıran yeni bir dövlət
Bizi izləyin

Dünya

Fələstini tanımağı planlaşdıran yeni bir dövlət

Sloveniyanın Fələstin dövlətini tanıma qərarını iyunun 13-dək qəbul edəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, Sloveniya Xarici işlər naziri Tanja Fajon mətbuata açıqlamasında hökumətin Fələstin dövlətinin tanınması proseduruna başladığını açıqlayıb.

Fajon deyib ki, tanınma qərarı iyunun 13-dək Sloveniya parlamentinə göndəriləcək.

O, qərarın geri dönüşü olmayan bir addım olduğunu qeyd edib:

"Hökumətin Fələstini tanıma prosesində olmasından xoşbəxtəm. Bununla Sloveniya Yaxın Şərqdə sülhün bərqərar olması və iki dövlətli həllin zəruriliyinə sadiqdir".

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm