Nida Təhlil
Rəisinin ölümü İranı hansı vəziyyətə saldı? - Tehran dilemma qarşısında
İran prezidenti İbrahim Rəisinin həlak olması cari dövrdə baş vermiş qəzaya görə məsuliyyətin kimin üzərinə qoyulmasını əsas məsələyə çevirəcək.
Bu kontekstdə İranın iki seçimi var:
- ya qəzanın qeyri-peşəkarlığa görə baş verdiyini elan edəcəklər və bu halda prezidentin təhlükəsizlik xidmətindən tutmuş yüksək rütbəli hərbçilərin cəzalandırılması zərurəti yaranır, hətta səbəb “hava şəraiti” olsa belə, bunun məsuliyyətini kimlərsə daşımalıdır;
- ya da daxili sistemdə kimlərisə qorumaq üçün məsələni “kənar qüvvələrə” bağlaya bilərlər: bu, həm də “xarici düşmən” ətrafında daxili həmrəylik yaradılması üçün sərfəlidir, lakin riskli gedişdir, çünki məsələ konsulluq binasının vurulması, yaxud generalın öldürülməsi deyil; qəzada prezident həlak olub və burada “kənar müdaxilə” axtarışı İranı müharibəyə başlamaq məcburiyyətində buraxa bilər;
Bu baxımdan, İran elitası dilemma qarşısında qala bilər. İran mediasında isə bəzi ekspertlərin “kənar qüvvə” axtarışına dair təhlükəli fikirləri yayılır. Onların özfəaliyyəti kimi görünən bu yanaşma İranın “nəbz yoxlaması” da ola bilər. Mümkündür ki, İran rəhbərliyi qəzanın hansı formada təqdim edilməsi üzərində düşünür. Çünki İran prezidentinin ölümü bu ölkənin daxilində, həm də bütün regionda siyasi tarazlıqlara təsir edəcək.
Asif Nərimanlı
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi







































