Ərdoğan Məhəmməd Moxberlə telefonla danışdı, başsağlığı verdi
Bizi izləyin

Region

Ərdoğan Məhəmməd Moxberlə telefonla danışdı, başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İranın Birinci vitse-prezidenti Məhəmməd Moxber arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirib.

“Prezident Ərdoğan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin faciəvi helikopter qəzasında həlak olmalarına görə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

O, Türkiyənin İrana qarşı qonşuluq və qardaşlıq hüququnun tələblərini gələcəkdə də yerinə yetirməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan Rəisi və Abdullahiyanın Türkiyə və İran əlaqələrinə verdiyi töhfələrin hər zaman xatırlanacağını söyləyib", - deyə məlumatda qeyd olunub.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm