Fransa Fələstinin müstəqilliyini tanıya bilər, amma...
Bizi izləyin

Dünya

Fransa Fələstinin müstəqilliyini tanıya bilər, amma...

Fransa Fələstinin suveren dövlət kimi tanınmasını qəbul edir, lakin bu təşəbbüsdə digər ölkələrə qoşulmağa hələ hazır deyil.

Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejournet deyib.

“Parisin mövqeyi aydındır: Fələstinin tanınması Fransa üçün tabu deyil. Lakin biz inanmırıq ki, indi bu qərarın qəbulu üçün şərait var”, - diplomat bildirib.

Sejournet izah edib ki, Fransanın Fələstini tanıması sadəcə “simvolik məsələ və ya siyasi mövqe” deyil, Fələstin-İsrail münasibətlərinə təsir edə biləcək diplomatik bir vasitədir.

Xatırladaq ki, Sejournet daha əvvəl İrlandiya, İspaniya və Norveçin Fələstinin suverenliyini tanıması qərarını vaxtsız addım adlandırmışdı.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm