Levandovskidən etiraf: Bu, bizim üçün biabırçılıqdır
Bizi izləyin

İdman

Levandovskidən etiraf: Bu, bizim üçün biabırçılıqdır

Polşa millisinin hücumçusu Robert Levandovski Avro-2024-dəki çıxışlarını dəyərləndirib.

Publika.az xəbər verir ki, turnirlə ilk vidalaşan komandanın kapitanı olan təcrübəli futbolçu bu sözləri deyib:

“Biz heç 1 xal qazanmadıq. Bu, əlbəttə ki, bizim üçün biabırçılıqdır. Başa düşürük ki, hər şey bu şəkildə getməməli idi. Burada bir çox amillər var.

Avstriya ilə matça zəif başladıq. İlk 20 dəqiqə pis keçdi, amma sonrakı 20 dəqiqədə daha yaxşı oynadıq. Şanslar yaratdıq və rəqibin cərimə meydançasında olduq. İkinci hissədə isə yenə yaxşı 20-25 dəqiqə oldu. Buraxılan qol tarazlığımızı pozdu. Bundan sonra bizim üçün çətin oldu. Daha çox risk etməli, açılmalı idik. Həm də avstriyalıların yaratdığı iki-üç şans baha başa gəldi”.

Qeyd edək ki, Polşa iki tur ərzində Avstriyaya (1:3) və Niderlanda (1:2) uduzub. D qrupunda yer alan və xalsız olan komandanın artıq sonuncu olacağı dəqiqləşib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm