Çin ordusu Tayvan yaxınlığında təlimlərə başladı
Bizi izləyin

Dünya

Çin ordusu Tayvan yaxınlığında təlimlərə başladı

Çin qoşunları Tayvan adası sahillərində hərbi təlimlərə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq zonası məlumat yayıb.

Təlimlər cümə axşamı Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə saat 03:45) Tayvan boğazında, Tayvanın şimalında və cənubunda, eləcə də şərqindəki akvatoriyada başlayıb.

Təlimlər Szinmen, Matzu, Uqyu və Donyin adaları yaxınlığında aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm