İqtisadi gündəm
Azərbaycanda bu məhsullar bahalaşacaq: Yerli istehsal azalacaq, idxal artacaq
Ölkə ərazisində, əsasən də rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur. Bazarlarda olan məhsulların çoxunun rayonlardan gəldiyini nəzərə alsaq, bu il məhsullarda ya çatışmazlıq, ya da bahalaşma hiss edə bilərik?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Publika.az-a açıqlama verib.
O qeyd edib ki, qeyri-sabit hava şəraiti ilk növbədə məhsuldarlığı aşağı salır:
"Bu da təchizat zəncirində pozulmalara gətirib çıxaracaq. Bütün bunlar bazarda məhsulların azalması və qiymətlərin bahalaşması ilə nəticələnir. Proses artıq baş verməkdədir. Qiymətlər demək olar ki, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəkdir. Mövsüm dövrünü ötən illərlə müqayisə etmiş olsaq, məhsul çatışmazlığı da bazarda hiss olunmaqdadır.

Bu, həm tərəvəz, həm də meyvə məhsullarında özünü göstərməkdədir. Bununla yanaşı bu il taxıl yığımında da problemlər olacaq. Bütövlükdə qeyri-mövsüm dövründə də il ərzində yerli məhsulların çatışmazlığı hiss olunacaq. Bunun əvvəzində idxal məhsulları daha çox yer alacaq. Ümumi orta qiymət səviyyəsi əvvəlki illərlə müqayisədə daha yüksək olacaq”.
Aysel Şahmar
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO





























.png)

.jpg)





