Putinlə Kameron jurnalistlərin otaqdan çıxmasını gözlədilər
Bizi izləyin

Dünya

Putinlə Kameron jurnalistlərin otaqdan çıxmasını gözlədilər

“Böyük iyirmiliyin” (“G20”) Avstraliyanın Brisben şəhərində keçirilən sammitində Rusiya prezidenti ilə Böyük Britaniya baş naziri Devid Kameron görüşüb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüş bağlı qapılar arxasında keçib.

Liderlər bir-birini salamlayıb və kreslolarda yerlərini tutduqdan sonra bir müddət susublar. Putin və Kameron söhbətə başlamaq üçün jurnalistlərin otağı tərk etməsini gözləyiblər.

Daha əvvəl Britaniya baş naziri bildirmişdi ki, Rusiya lideri ilə Ukrayna ətrafında vəziyyəti və Qərb-Rusiya münasibətlərini müzakirə etmək niyyətindədir. Xüsusi olaraq baş nazir qeyd etmişdi ki, Böyük Britaniya yeni “soyuq müharibə”ni arzulamır.

“Biz hesab etmirik ki, belə bir nəticə qaçılmazdır. Amma buna cəhd etmirik. Mən bu barədə Rusiya Federasiyası prezidenti Vladimir Putinlə həftə sonunda Brisbendə keçirəcəyim görüş zamanı bildirəcəyəm”, - deyə Kameron vurğulamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm