Daha bir ölkə vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir
Bizi izləyin

Dünya

Daha bir ölkə vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Cənubi Koreya iğtişaşların hökm sürdüyü Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaranmış gərgin vəziyyət fonunda təhlükəsizlik məsələləri səbəbindən 6 koreyalı təxliyə edilib. Onlar hava nəqliyyatı ilə Yeni Kaledoniyadan çıxarılıb.

Nazirlik Yeni Kaledoniyadakı digər koreyalıların təhlükəsizliyi üçün lazımi addımlar atılacağını açıqlayıb.

Xatırladaq ki, daha öncə Yeni Zelandiya və Avstraliya da Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm