Dünya
12 yaşlı uşaq mağazanı soymaq istəyərkən ÖLDÜ
Hindistanın Carkhand əyalətində 12 yaşlı uşaq mağazanı soymaq istəyərkən ölüb.
Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, onun 15 yaşlı şərikinin isə bədəninin 70%-i yanıb.
Gənc quldur dəstəsi polis idarəsinin beş kilometrliyində mağazanın gübrə və toxum anbarına soxulub. Ehtimal ki, onlar yanğının nədən başladığını daha yaxşı görmək üçün içəridə şam yandırıblar.
“Hadisə yerinə polis gəlib və yanğını söndürmək üçün yanğınsöndürən maşın cəlb olunub. Mağaza tamamilə dağılıb”, - deyə polis bildirib.
Xəsarət alan oğlan xəstəxanaya yerləşdirilsə də, dostuna kömək etmək mümkün olmayıb.
Onların yanında başqa 12 yaşlı uşaq da olub. Polis onu axtarır.
Hüseyn İbadlı
-
Region20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
-
Sosial16:04Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi



































