Yaxın Şərq
ABŞ və İran arasında müharibə dayanır - DETALLAR
Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında gərginliyi müvəqqəti dayandıran atəşkəs rejiminin müddəti uzadıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, aprelin 22-də başa çatacaq iki həftəlik atəşkəsin müddətini uzatmaq barədə "prinsipial razılıq" əldə edilib. Bu addımın atılmasında əsas məqsəd diplomatik danışıqların davam etdirilməsi üçün əlavə vaxt qazanmaqdır.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, vasitəçilər hazırda üç əsas mübahisəli məsələ üzərində kompromis variantlar hazırlayırlar: İranın nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət, hərbi əməliyyatlar zamanı İrana dəymiş ziyana görə təzminatın ödənilməsi.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla münaqişənin sona yaxınlaşdığını bəyan etmişdi. O, həmçinin aprelin sonunda Britaniya kral ailəsinin ABŞ-a nəzərdə tutulan səfərinə qədər böyük sazişin imzalana biləcəyini istisna etməyib.
Müəllif: Adəm
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var




































