Dünya
Respublikaçılar Konqresdə Ukrayna ilə bağlı hərəkətə keçdi
ABŞ Konqresinə Ukraynaya hərbi yardım haqqında qanun layihəsi təqdim edilib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qanun layihəsi qəbul ediləcəyi halda Ukrayna tank əleyhinə və hava hücumuna qarşı silahlar ala biləcək.
“H.R 5315” saylı qanun layihəsinin müəllifi Respublikaçılar Partiyasından olan senator Maykl Berdjesdir. Konqresdə dinləmələrdə çıxış edən senator bildirib ki, Ukraynada vəziyyətin çətin olmasına baxmayaraq, parlament seçkiləri ukraynalıların gələcəyinin Qərblə bağlı olduğunu nümayiş etdirdi.
Qeyd edək ki, sözügedən qanun layihəsindən başqa hazırda Konqresdə Ukraynaya silah verilməsini nəzərdə tutan iki qanun layihəsinə baxılır:
1.H.R. 5190. “Ukraynanın təhlükəsizliyinin təmin olunmasında kömək haqqında” qanun layihəsi “separatçıların vətəndaşlara hücumları zamanı Ukrayna üçün hərbi üstünlüyün yaradılması və Ukraynanın şərqində hərbi təyyarələrin neytrallaşdırılmasına kömək”, eyni zamanda “Ukrayna demokratiyası və müstəqilliyin müdafiəsi üçün lazım dəstək” verilməsini nəzərdə tutur.
2. S.2828. “Ukraynada azadlığın dəstəyi haqqında” qanun layihəsi. Qanun layihəsi Senatın beynəlxalq münasibətlər üzrə komitədə qəbul olunub və təhlükəsizliyin təmin olunması üçün hökuməti Ukraynaya hərbi kömək etməyə çağırır. Qanun layihəsi həmçinin Ukraynaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi beynəlxalq münasibətlər üzrə komitə üzvləri Robert Menendes və Bob Korker tərəfindən hazırlanıb.
Ehtimallara görə, Konqresə keçirilən aralıq seçkilərin nəticəsi olaraq respublikaçıların Konqresin hər iki palatasında üstünlük qazanması Ukraynaya silah yardımını nəzərdə tutan qanun layihələrinin qəbulunu tezləşdirəcək.
Ömər Dağlı
-
Nida Xəbər 17:05
TƏCİLİ: Azərbaycanda vəzifəli şəxslər cinayət başında yaxalandılar - FOTO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...