Dünya
Rusiyada “qarabaşaq üsyanı”
Rusiyada “qarabaşaq böhranı" başlayıb.
Publika.az-ın “Fontanka” Peterburq nəşrinə istinadən verdiyi məlumata görə, Rusiyanın “Lenta" marketlər şəbəkəsi qarabaşağın pərakəndə satışını məhdudlaşdırıb.
İnformasiyanı “Lenta” marketlər şəbəkəsinin nümayəndəsi Yana Moqileva da təsdiqləyib. Onun sözlərinə görə, hər bir alıcı gün ərzində kartla 5 kiloqramdan çox qarabaşaq ala bilməyəcək. Moqileva qeyd edib ki, bu məhdudlaşdırıcı addım noyabrın 19-dək davam edəcək. O qeyd edib ki, məhdudiyyət əhalinin ictimai baxımdam müdafiəsiz təbəqəsi üçün qarabaşaq məhsulunun saxlanılması məqsədilə tətbiq olunub.
Novosibirskdəki “Aşan” marketlər şəbəkəsi isə hər alıcıya maksimum on paket qarabaşaq satacaq.
Qeyd edək ki, sözügedən məhsulun əsas istehsalçılarından olan Altay Respublikasında əlverişsiz hava şəraiti ilə əlaqədar məhsuldarlıq aşağı düşüb. İstehsalçılar qarabaşağın qiymətinin qaldırılmasını tələb edirlər.
Qarabaşağın əsas istehsalçılarından olan Ukraynada isə bu mövsüm məhsuldarlıq ötən mövsümlə müqayisədə artıb. Əkin sahələrindən keçən il 179 min ton qarabaşaq toplanıldığı halda, bu il 181 min ton qarabaşaq əldə etmək mümkün olub.
Amma fakt odur ki, Rusiya “qarabaşaq üsyanı” ilə üz-üzədir. Əhalı mağazalara daxil olan qarabaşağı dərhal alır. Bunun Rusiyada qiymətlərin sürətlə artması və ölkə əhalisinin mümkün ərzaq qıtlığına hazırlaşması ilə əlaqəsi olduğu da istisna deyil.
Ömər Dağlı
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO