Bardella Makrona qarşı çıxdı: "Seçiləcəyim təqdirdə bu ölkəyə..."
Bizi izləyin

Dünya

Bardella Makrona qarşı çıxdı: "Seçiləcəyim təqdirdə bu ölkəyə..."

“Fransa Ukraynaya qoşun yeridəcəkmi?" sualı hələ də gündəmdədir. Fransada ifrat sağçı Milli Mitinq (MN) partiyasının lideri Jordan Bardella prezident Makronun əksinə olaraq Kiyevə qoşun göndərməyin düzgün olmadığını və fransızların əksəriyyətinin bu qərara qarşı olduğunu deyib.

Publika.az xəbər verir ki, Bardella Parisdə keçirilən Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan “Eurosatory”ə səfəri zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı mətbuata açıqlamalar verib.

O, seçiləcəyi təqdirdə, Emmanuel Makrondan fərqli olaraq “qırmızı xətləri” keçməyəcəyini deyib:

“Prezidentdən fərqli olaraq, fransız əsgərlərinin Ukraynaya göndərilməsinin əleyhinəyəm. Fransanın nüvə gücü ilə birbaşa münaqişəyə sürüklənməsinə qarşıyam. Yalnız Ukraynaya maddi-texniki, müdafiə materialları və döyüş sursatları verə bilərik”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm