Niderlanddan İsrailə sərt ittiham - Səfir nazirliyə çağırıldı
Bizi izləyin

Dünya

Niderlanddan İsrailə sərt ittiham - Səfir nazirliyə çağırıldı

Niderland İsrailin Haaqadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Səbəb Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail rəsmilərinə qarşı araşdırmalarının qarşısını almaq məqsədi daşıyan casusluq fəaliyyətləri barədə məlumat verməkdir.

Publika.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada Niderlandın BCM-nin araşdırmalarına mane olması ilə bağlı narahatlığının İsrail səfirinə çatdırıldığı qeyd edilib.

Həmçinin Niderland hökuməti BCM və digər qurumlara qarşı casusluq fəaliyyətlərini xarici müdaxilənin arzuolunmaz forması kimi qiymətləndirib.

İsrailin “Mossad” kəşfiyyat agentliyinin keçmiş rəhbəri Yossi Koenin BCM-nin keçmiş baş prokuroru ilə gizli görüşlər keçirərək onu hədələdiyi də bildirilib. Səbəb İsrailə qarşı istintaq başlamazdan əvvəl onu bu işdən çəkindirməkdir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm