Qriqorçuk transfer çalışmasına başladı: Görün “Neftçi”yə kimi gətirir - FOTO
Bizi izləyin

İdman

Qriqorçuk transfer çalışmasına başladı: Görün “Neftçi”yə kimi gətirir - FOTO

Yeni mövsümün açılışını bu gün edən “Neftçi” transfer çalışmalarına başlayıb.

Publika.az xəbər verir ki, “ağ-qaralar”ın yeni baş məşqçisi Roman Qriqorçuk şəxsən 2 futbolçunun transferi ilə məşğul olur.

Ukraynalı mütəxəssis rəhbərlikdən həm vətənindən yaxşı tanıdığı, həm Azərbaycan futboluna yad olmayan oyunçuların transfer edilməsini tələb edib. Bu xəbərdə onlardan biri haqqında bəhs edəcəyik. Digəri haqda isə az sonra məlumatlı olacaqsınız.

Onlarıdan biri futbol üzrə milli komandamızın üzvü və hazırda “Polissya” klubunda çıxış edən Emil Mustafayevdir. 22 yaşlı universal yarımmüdafiəçi Ukrayna futbolundakı vəziyyətdən narahatdır və bu ölkədə özünü rahat hiss etmir. Ona görə də bir müddətdir yeni klub axtarışlarını aparır. O, Avropada çıxış etməkdə maraqlı olsa da, vətəni Azərbaycanın aparıcı klublarında çıxış etmək variantına qarşı deyil.

Onun “Neftçi”yə gələcəyi olduqca real görünür. Çünki Qriqorçuk hələ Ukraynada olan zaman Emilə zəng edərək onu “Neftçi”də görmək istədiyini bildirib və futbolçuya bu klubla danışıqlar aparmağı məsləhət görüb.

Bakı təmsilçisi artıq həm futbolçu, həm də “Polissya” ilə təmasa keçib. Ukrayna təmsilçisi millimizin üzvünə görə 1 milyon avro tələb edir. Futbolçu ilə danışıqların maliyyə mərhələsində isə ciddi problem yoxdur. Emil Qriqorçuk amilinə görə bakılılara “yox” deyə bilmir.

Qeyd edək ki, Emil Mustafayev Ukraynada doğulan və bu ölkənin futbol məktəbinin yetişdirdiyi azərbaycanlılardandır. O, “Aleksandriya”nın yetirməsidir. 2027-ci ilin yayına qədər müqaviləsi olduğu “Polissya”ya ötən ilin yayında məhz bu klubdan transfer olunub. Onun transfer bazarında dəyəri 600 min avro olaraq qiymətləndirilir.

Mustafayev Azərbaycanın əsas komandası (4 oyun) ilə yanaşı, U-21 millisinə də (3 oyun) dəvət alıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm