Bütün Türkiyə Azərbaycan əsgərlərinin qol sevincindən danışır - VİDEO
Bizi izləyin

İdman

Bütün Türkiyə Azərbaycan əsgərlərinin qol sevincindən danışır - VİDEO

Azərbaycan əsgərlərinin Türkiyə milisinin Avro-2024-ün qrup mərhələsinin son turu çərçivəsində Çexiya üzərindəki qələbəsinə verdiyi reaksiya sosial şəbəkələrdə gündəm olub.

Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi "X" hesabında əsgərlərimizin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümündə Türkiyə millisinin qələbəsinə sevinməsi ilə bağlı paylaşım edib.

“Can Azərbaycandan bizim uşaqlara tam dəstək. Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Türkiyə milli komandasının oyunlarını həyəcanla izləyərək Cenk Tosunun qalibiyyət gətirən qoluna belə sevindilər. Təşəkkürlər, Qarabağ aslanları. Hər zaman bir və bərabərik”, – deyə paylaşımda qeyd olunur.

Nazirliyin paylaşımından sonra görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində sürətlə yayılmağa başlayıb və gündəm olub. Hətta qardaş ölkənin idman və digər kateqoriyada olan kanalları matç bitdikdən sonra görüntüləri ekrana gətirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm