ABŞ-da tarixi gün: Baydenlə Trampın debatı keçiriləcək
Bizi izləyin

ABŞ

ABŞ-da tarixi gün: Baydenlə Trampın debatı keçiriləcək

Dördillik fasilədən sonra sabah ABŞ Prezidenti Co Baydenlə onun sələfi Donald Tramp arasında prezident seçkiləri öncəsi ilk debat keçiriləcək.

Publika.az xəbər verir ki, debat yerli vaxtla iyunun 27-si saat 21:00-da (Bakı vaxtı ilə 28 iyun saat 05:00) başlayacaq və 90 dəqiqə davam edəcək.

Debat CNN-in Atlanta şəhərində yerləşən binasında baş tutacaq. Ceyk Tapper və Dana Baş debatın moderatorları olacaqlar. Debatda tamaşaçı iştirak etməyəcək.

Debata Bayden başlayacaq.

Qeyd edək ki, 81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm