Kim Çen Inla Putinin anlaşmasına cavab: Cənub Ukraynaya silah göndərəcək
Bizi izləyin

Dünya

Kim Çen Inla Putinin anlaşmasına cavab: Cənub Ukraynaya silah göndərəcək

Cənubi Koreya hökuməti Ukraynaya silah göndərilməsi məsələsinə yenidən baxmağa hazırlaşır.

Publika.az xəbər verir ki, müvafiq mesaj “Yonhap News Agency” nəşrində dərc olunub.

Bu məsələ ilə bağlı konkret təfərrüatlar və rəsmi məlumat verilməyib.

Aprelin əvvəlində Seul Kiyevə orta və uzunmüddətli yardımın bir hissəsi kimi pul (2,3 milyon dollar), həmçinin NATO fondu vasitəsilə yaralı Ukrayna Silahlı Qüvvələrinin reabilitasiyası üçün 12 milyon dollar ayıracağını bildirmişdi. Lakin hərbi dəstəkdən söhbət getmirdi.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya Ukraynaya hərbi yardım göstərmirdi. Prezident Yun Seok-yeol bunu ölkənin münaqişəyə cəlb olunmasını istəməməsi ilə izah edib.

Amma Putinin Şimali Koreyaya son səfərindən və imzalanan müqavilələrdən sonra situasiyanın dəyişdiyi bildirilir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm