Makronun dağıtdığı tifaq: Sağçıların qarşısını almaq üçün görün kim gəlir
Bizi izləyin

Avropa

Makronun dağıtdığı tifaq: Sağçıların qarşısını almaq üçün görün kim gəlir

Fransanın keçmiş prezidenti Fransua Olland Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Milli Assambleyaya namizəd olmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, “Bloomberg” siyasətçinin seçkilərdə mümkün iştirakının səbəbini açıqlayıb.

“Milli Assambleyaya namizəd olmaq qərarım onunla izah olunur ki, Le Penin partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq istəyirəm”, - eks-prezident bildirib.

O əlavə edib ki, seçkilər parlamentin qeyri-müəyyən vəziyyətdə qalmasına səbəb olarsa, Fransanı idarə edə biləcək yeni koalisiya yaratmağa hazırdır.

İyunun 9-da Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib. O, birinci turu iyunun 30-da baş tutacaq növbədənkənar seçkilər təyin edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm