Dünya
Rusiyalı politoloq: “Bakı və Moskva İŞİD-ə qarşı birləşməlidir”
“Moskvada Azərbaycanı Gömrük Şurasında görməkdən şad olardılar. Vaxtilə Türkiyənin də bu ittifaqa girməsi haqda fikirlər var idi. Bu iki ölkə dostdur və eyni istiqamətdə hərəkət edəcəkləri ən böyük ehtimaldır”.
Publika.az xəbər verir ki, bu barədə MDB ölkələri
Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusev deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün post-sovet məkanında İslam
dünyasının mövqeyini önəmli şəkildə müəyyən edir: “Biz bunu nəzərə
almalıyıq. Çünki Rusiya ərazisində İslam dininə inanan böyük sayda
insan yaşayır. Bu cəhətdən Azərbaycan bizim üçün kifayət qədər
böyük perspektivlər açır. Xüsusilə bu gün Yaxın Şərqdə yaranan
“İslam dövləti” Azərbaycan və Rusiya üçün təhlükə mənbəyidir. Bakı
və Moskva buna qarşı birləşməli, ümumi qlobal təhlükəsizlik
prosesində birgə iştirak etməlidir”.
Rusiyalı politoloq Moskvanın Dağlıq Qarabağ münaqişəşi ilə yaxından
maraqlandığını bildirib. Onun sözlərinə görə, Moskva münaqişəyə
yanaşmada konstruktiv mövqe tutur: “Soçi görüşünü xatırlayaq. Məhz
bu görüşdən sonra yaranmış gərginlik aradan qalxdı. Rusiya bu
münaqişəyə laqeyd qala bilməz”.
Asif Nərimanlı
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO