İranda seçki qutularını daşıyan avtomobilə HÜCUM: ölən və xəsarət alanlar var
Bizi izləyin

Region

İranda seçki qutularını daşıyan avtomobilə HÜCUM: ölən və xəsarət alanlar var

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub, 5 nəfər yaralanıb.

Hücuma baxmayaraq, bülletenlər səslərin sayıldığı vilayət qubernatorluğuna aparılıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm