Ekopublika.az
Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır - Şadlıq sarayları qiymətləri nə qədər qaldırdı?
Son bir ayda Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7,1 faiz artıb. Tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5,3 faiz artıb.
40 manatadək olan menyularda qiymət 7.3 faiz, 40-80 manat olan menyularda isə qiymət 4.5 faiz yüksəlib.
Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4,1 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli son 5 ay ərzində ərzaq məhsullarının ucuzlaşması barədə fikirlə razılaşmayıb:
"Meyvə-tərəvəzdən başqa ucuzlaşan məhsul görmürəm. Quzu əti 19-20, dana əti 14-15 manatdır. Bundan başqa, digər ərzaq məhsulları və spirtli içkilər də bahalaşıb. Ona görə də şadlıq evləri qiymətləri qaldırıb. Bu, məsələnin bir tərəfi.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Məhərrəmlik ayı yaxınlaşır. Bu ayda da toy edən demək olar ki, olmur. Ona görə də Məhərrəmlik ayı başlayana qədər çoxları planlaşdırdığı toyu etmək istəyir. Bu səbəbdən də sifarişlər çoxalır. Sifariş çoxaldıqca, şadlıq evləri qiymətləri qaldırır".
-
Hadisə19:24Şadlıq evindən qopan daş bəy atasının həyatına son qoydu - Yeniləndi
-
Sosial19:12Türkiyəli aktrisa Bakıda yol qaydasını pozdu
-
MDB17:10İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
Sosial14:16Azərbaycanda bu evlər risk altındadır: Səbəb bəllidir
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü






.jpg)































