Hadisə
Dəhşətli qəza bir ailəni MƏHV ETDİ: çox sayda yaralı var - FOTO/YENİLƏNDİ
Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirlib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.
Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
xxx
22:26
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.
“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.
Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.
-
İdman23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO
-
İdman23:41ÇL: “Qarabağ” “Çelsi” ilə heç-heçə etdi - VİDEO/YENİLƏNDİ
-
Magazin220:00Ancelina Coli Xersonda - Fotolar
-
Elm və təhsil18:20Prezident onları təltif etdi - SİYAHI
-
Sosial17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq



































