Avropa
Dünyanın ən çox axtarılan QADINI: "Kripto kraliça"nı tapana 5 milyon dollar vəd edildi - FOTO

"Dünyanın ən çox axtarılan qadını" hesab edilən itkin "kripto kraliça" üçün indi 5 milyon dollar mükafat vəd edilib.
Publika.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Söhbət Almaniya vətəndaşı olan bolqarıstanlı Ruja İqnatovadan gedir. O, bütün zamanların ən böyük kriptovalyuta fırıldaqlarından birini təşkil etməkdə ittiham olunur. 2014-cü ildə "OneCoin" adlı saxta kriptovalyuta sataraq investorları 4 milyard dollar aldadıb.
43 yaşlı qadın 2017-ci ildə izsiz yoxa çıxıb və 2022-ci ildən FTB-nin ən çox axtarılanlar siyahısındadır.
FTB rəsmiləri əvvəllər onun haqqında məlumat verənə 100 min dollar mükafat təklif etsələr də, sonradan mükafatı 5 milyon dollara çatdırıblar.
"İqnatovanın silahlı mühafizəçiləri və yaxud tərəfdaşları ilə səyahət etdiyi güman edilir. İqnatova plastik əməliyyat keçirmiş və ya xarici görünüşünü başqa şəkildə dəyişdirmiş ola bilər", - FTB-dən bildirilib.
FTB-nin məlumatına görə, fırıldaqçı Almaniya pasportundan BƏƏ, Rusiya, Yunanıstan və Şərqi Avropa kimi ölkələrə səyahət etmək üçün istifadə edə bilər. Lakin onun "OneCoin" sxemini təşkil etməkdə şübhəli bilinən Bolqarıstan mafiyası tərəfindən öldürülə biləcəyi ilə bağlı fərziyyələr var.
Hüseyn İbadlı


.png)
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
-
İdman12:40
İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi - FOTOFAKT
-
Rəsmi xronika12:34
Prezident Düşənbədə mühüm iclasda çıxış etdi - YENİLƏNDİ/VİDEO
-
Sosial12:28
Pensiya alanlara şad xəbər!
-
Nida Xəbər 12:01
Bakı İqor Kartavıxı azad etdi - Moskva da bir azərbaycanlını sərbəst buraxdı
-
Nida Xəbər 11:46
Lukaşenko Əliyevin yanında Paşinyana belə "ilişdi": Bizsiz heç yerə gedə bilməz - VİDEO
-
Nida Xəbər 10:38
Əliyevlə Putin qeyri-rəsmi görüşdə belə qucaqlaşdılar - VİDEO
-
İqtisadi gündəm10:14
Dünyada yumurtanın ən ucuz olduğu ölkələr: Azərbaycan da var