Pişiklərlə bağlı 35 illik qadağa aradan qaldırıldı
Bizi izləyin

Dünya

Pişiklərlə bağlı 35 illik qadağa aradan qaldırıldı

Otuz beş illik qadağadan sonra Sinqapurda çoxmənzilli binaların sakinlərinə mənzillərində pişik saxlamağa icazə verilib.

Publika.az xəbər verir ki, yeni qaydalar bu ilin sentyabrından qüvvəyə minəcək. Bu, Sinqapurun mənzil fondunun təxminən 80 faizini idarə edən Mənzil və İnkişaf Şurasının yurisdiksiyasındakı mənzil fondunda yaşayanlara aiddir. Bu dəyişikliyə qədər yaşayış binasının sakini evdə pişik saxlayırdısa, onu 4000 Sinqapur dolları məbləğində cərimə gözləyirdi. Bu qadağaya baxmayaraq, bir çoxları evdə gizli şəkildə pişik saxlayırdılar.

Yeri gəlmişkən, qadağa 1989-cu ildə pişiklərin digər sakinlərə narahatlıq yarada biləcəyi əsası ilə qoyulub. Yeni qanuna görə, mənzildə təsdiq edilmiş cinslərin siyahısına uyğun olaraq iki pişik və bir it saxlanıla bilər. Buna qədər isə evdə ev heyvanı saxlamaq arzusunu bildirən şəxs ev heyvanının saxlanması və ona qulluq qaydaları ilə bağlı xüsusi maarifləndirici proqramdan keçməlidir. Həmçinin, onlar bütün tədbirləri görməlidirlər ki, heyvanları binanın digər sakinlərinə narahatlıq yaratmasın.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm