TDT ölkələri arasında yük daşımaları sadələşdirilir
Bizi izləyin

Dünya

TDT ölkələri arasında yük daşımaları sadələşdirilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişin ratifikasiyasını nəzərdə tutan qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

2022-ci ilin noyabrında Səmərqənddə imzalanmış bu saziş TDT-yə üzv ölkələr arasında tranzit-nəqliyyat potensialının və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib.

Saziş çərçivəsində TDT ölkələri arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi artırılacaq.

Tərəflər kombinə olunmuş yüklərin daşınmasının təşviqi üzrə əməkdaşlıq edəcək və qarşılıqlı yardım göstərəcəklər. Bu məqsədlə maraqlı dövlət orqanlarının və təşkilatların nümayəndələrindən ibarət komitə yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm