Makreqordan Həbibə ağır ittihamlar: Hər şey üzə çıxacaq
Bizi izləyin

İdman

Makreqordan Həbibə ağır ittihamlar: Hər şey üzə çıxacaq

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Dağıstanda baş verən son terror hadisələrindən sonra UFC əfsanəsi Həbib Nurməhəmmədovu tənqid edib.

İyunun 25-də Dağıstanda bir neçə terror aktı baş verib və Rusiya təhlükəsizlik qüvvələri Həbib Nurməhəmmədovun zalında yoxlama aparıblar.

Publika.az xəbər verir ki, Makreqor bu barədə sosial şəbəkələrdə yazıb.

“Terrorçuların bu zalında ölkəyə gələn dopinq zabitləri girov götürülürdü, dopinq testləri isə testin hədəfi olanlardan yox, “təmiz” insanlardan götürüldü. Hər şey üzə çıxacaq. Həbibin insanlarla dolu otağa girməsi və hər kəsi beysbol çubuğu ilə döyməyə, hədə-qorxu gəlməyə başlamasının videosu var. Hər şey üzə çıxacaq”, – Makqreqor yazıb.

Həbib Nurməhəmmədov və Konor Makqreqor 2018-ci ildən, döyüşçülər UFC yüngül çəkidə dünya titulu uğrunda mübarizə aparandan bəri münaqişədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm