Hadisə
İsmayıllıda torpaq sürüşməsi: sakinlərin köçürülməsi davam edir - FOTOLAR
![](https://publika.az/storage/2024/06/30/screenshot_19.jpg?v1719923158)
Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllıda torpaq sürüşməsinin baş verdiyi Qoydan kəndindən ailələrin köçürülməsi davam edir.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, hazırda kənd ərazisində Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti və texnikası sakinlərin təxliyə edilməsini həyata keçirir.
Rayon icra hakimiyyətinin Qoydan kəndi üzrə nümayəndəsi Vüqar Bəşirovun sözlərinə görə, torpaq sürüşməsindan sonra xüsusi komissiya əraziyə baxış keçirib və kəndin köçürülməsinə qərar verilib. O bildirib ki, kənd ərazisində yaşayan ailələr günün sonuna qədər digər kəndlərdə və rayon mərkəzində yaşayan qohumlarının evlərinə yerləşdiriləcək. Kənar yerdə qohumları olmayan ailələr üçün də kirayə evlər təşkil olunacaq, sonrakı mərhələ üçün də əlavə qərar qəbul ediləcək.
Xatırladaq ki, bölgəyə yağan leysan xarakterli yağışlardan sonra İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, nəticədə kənd ərazisində olan evlər, yardımçı tikililər, tövlələr, daxili yollar lil qatı altında qalıb.
![](https://publika.az/storage/2024/06/30/screenshot_18.jpg)
![](https://publika.az/storage/2024/06/30/screenshot_20.jpg)
![](https://publika.az/storage/2024/06/30/screenshot_21.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial16:08
"İlin iş xanımı" seçilən direktor buna görə saxlanıldı - VİDEO
-
Rəsmi xronika15:19
İlham Əliyev bu qanunları təsdiqlədi
-
İqtisadi gündəm14:42
Prezident təsdiqlədi: Bu şəxslərin pensiyası artacaq
-
Nida Xəbər 14:09
Azərbaycanın ABŞ-dakı baş konsulu geri çağırıldı
-
Maraq dünyası12:41
Həyat yoldaşını əl üstündə saxlayan 3 BÜRC
-
Sosial12:15
Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
-
Dünya11:47
Türkiyə 2 düşmən ölkəni bir araya gətirir: Ortalıq qarışacaq
-
Yaxın Şərq11:06
İran onlara SÖZ VERDİ: müharibə başlasa, hər vasitə ilə dəstək verəcəyik